Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Yaponiyanın ölkəmizdəki səfiri Lənkəranda olub

19 dekabr 2018 | 16:00

Dekabrın 19-da Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqaladə və Səlahiyyətli səfiri Teruyuki Katori Lənkəranda olub. Hörmətli qonağı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov qəbul edərək ona Lənkəran rayonunun sosial-iqtisadi inkişafı, kənd təsərrüfatı, turizm potensialı barədə ətraflı məlumat verib. Son illərdə Lənkəranda bir sıra sosial əhəmiyyətli obyektlərin tikilərək istifadəyə verildiyini, rayonun kənd təsərrüfatında çayçılıq, çəltikçilik, sitrusçuliq kimi sahələrin aparıcı mövqe tutduğunu qeyd edən İcra başçısı həmçinin Yaponiya-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin ildən-ilə  genişləndiyini və bu əlaqələr çərçivəsində Yaponiya səfirliyinin  həyata keçirdiyi humanitar layihələrin əhəmiyyətini xüsusi vurğulayıb.
  Səmimi qəbula görə İcra başçısı T.Qaraşova minnətdarlığını çatdıran səfir Teruyuki Katori gələcəkdə də Lənkəran rayonu ərazisində sosial əhəmiyyətli layihələrin icrasına, digər iqtisadi əhəmiyyətli əməkdaşlıq əlaqələrinin qurulmasına dəstək verəcəyini bildirib.
  Daha sonra Yaponiyanın “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” Proqramı çərçivəsində “Lənkəran rayonunun Türkəncil kəndində su təchizatı sisteminin tikintisi” layihəsinin imzalanma mərasimi keçirilib.  Müqaviləni Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori, layihəni həyata keçirəcək yerli QHT “Qlobal-Humanitar təşkiatı” İctimai Birliyinin rəhbəri İlham Tahirli imzalayıb. 
  Qeyd edək ki, qrant yardımı çərçivəsində Lənkəran rayonunun Türkəncil kəndində içməli su təchizatınin tikintisi layihəsinin ümumi məbləği 89,131 ABŞ dolları təşkil edəcək. Bu, Lənkəran rayonunda “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” Proqramı çərçivəsində həyata keçirilən sayca 6-cı layihədir.

 

Keçidlər