Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İcra başçısı Nərimanabad qəsəbəsində sakinlərlə görüşdü

13 dekabr 2018 | 16:00

13 dekabr 2018-ci il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü rayonun Nərimanabad qəsəbə sakinləri ilə keçirib.

  Rayonun ucqar yaşayış məntəqələrindən olan Nərimanabad qəsəbəsinin sakinləri səyyar qəbulu razılıqla qarşılayıblar. İcra aparatının rəsmi şəxslərinin, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə və xidmət sahələri üzrə təşkilatların  rəhbərlərinin iştirak etdiyi səyyar qəbulda vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli yoları araşdırılıb. Görüş zamanı çıxış edən sakinlər onları narahat edən məsələlərin yerindəcə  araşdırılmasını, ərazi vahidliyinin sosial-iqtisadi inkişafı, xüsusilə yaşayış evlərinin kütləvi qazlaşdırılmasını, elektrik təsərrüfatının və rabitə sisteminin müasirləşdirilməsini, çoxmənzilli binaların dam örtüklərinin qış mövsumu ərəfəsində təmirini, yolların asfaltlanmasını onlara göstərilən diqqət və qayğı kimi dəyərləndirərək ölkə rəhbərliyinə minnətdarlıq ifadə ediblər. Onlar qəsəbədə aqrar sahəyə diqqətin artmasını, ərazidə 7 hektarda kivi, 18 hektarda nar, 125 hektarda üzüm yetişdirilməsini, cari təsərrüfat ilində ilk dəfə olaraq barama məhsulunun istehsalını bu qayğının bəhrəsi olduğunu bildiriblər. Görüşün sonunda İcra başçısı qəsəbənin sosial-iqtisadi və mədəni inkişafı ilə bağlı sakinlər tərəfindən qaldırılan məsələlərin həllindən ötrü imkanların araşdırılması və lazımi tədbirlərin görülməsi məqsədilə aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.

Keçidlər