Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Ümummilli Liderin vəfatının 15 illiyi qeyd olunub

12 dekabr 2018 | 16:00

Azərbaycan xalqının dünya şöhrətli oğlu, alovlu vətənpərvər Heydər Əliyevin vəfatının 15 illiyi ölkəmizin hər yerində olduğu kimi Lənkəranda da bu dahi şəxsiyyətə tükənməz hörmət və ehtiramla qeyd olunur. Bu münasibətlə dekabrın 12-də Lənkəran şəhərinin Heydər Əliyev xatirə parkında keçirilmiş Ulu Öndərin anım mərasimi ömrünü Azərbaycan xalqının tərəqqisinə həsr etmiş görkəmli dövlət və siyasi xadimin ölməz xatirəsinə sonsuz el məhəbbətinin nümayişinə çevrilib. Anım mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, əmək kollektivlərinin nümayəndələri, habelə minlərlə sadə lənkəranlı səhər saatlarından etibarən xatirə parkına gəlib dahi rəhbərin möhtəşəm abidəsi önünə gül-çiçək dəstələri düzməklə, Ümummilli Liderə sonsuz sevgi və ehtiramlarını ifadə ediblər.
 Ulu Öndərin vəfatının 15 illiyi ilə bağlı rayonun idarə və təşkilatlarında,   Lənkəran Dövlət Universitetində, Humanitar və Tibb kolleclərində, ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində silsilə tədbirlər keçirilir, sakinlər axın-axın Heydər Əliyev Mərkəzindəki müzeyə baş çəkib Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olur, burada təşkil olunmuş elmi-praktik konfranslarda, bədii qiraət müsabiqələrində, kitab sərgilərində yaxından iştirak edirlər.

Keçidlər