Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ ULU ÖNDƏRİN ANIM GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLMİŞDİR

11 dekabr 2018 | 16:00

11 dekabr 2018-ci il tarixində Lənkəran şəhər Heydər Əliyev Mərkəzində  Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və ictimai xadim  Heydər  Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbir öncəsi Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, dahi rəhbərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
   Məktəbli gənclərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən, çoxşaxəli və zəngin ictimai-siyasi fəaliyyətindən söz açmışdır. O, qeyd etmişdir ki, Heydər Əliyev fenomeni elə əbədi bir dühadır ki, bu düha sönməz bir işiq kimi daim xalqımızın tərəqqi, sabitlik, sülh və əmin-amanlıq yollarına nur saçmış və hər bir Azərbaycan vətəndaşının qəlbində özünə əbədiyaşar abidə ucaltmışdır.
  Daha sonra  Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov və Darquba kənd tam orta məktəbinin tarix müəllimi Xanlar Səfərov da öz çıxışlarında Ümummili Liderin çətin və şərəfli yolu haqqında bir daha dolğun məlumat vermiş və bu dahi insanın Azərbaycan xalqının yaddaşında xalq məhəbbətini qazanan Öndər kimi qaldığını söyləmişlər.
   Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolunu və zəngin siyasi irsini özündə əks etdirən eksponatlarların  və filmin nümayişi olmuşdur.

         

Keçidlər