Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Taleh Qaraşov Balıqçılar qəsəbə sakinləri ilə görüşdü

29 noyabr 2018 | 16:00

29 noyabr 2018-ci il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü rayonun Balıqçılar qəsəbəsində keçirib. Rayon mərkəzindən 39 km məsafədə yerləşən qəsəbənin sakinləri İcra aparatı rəsmilərinin, hüquq-mühafizə orqanları, təhsil, səhiyyə, mədəniyyət və xidmət idarələri rəhbərlərinin iştirakı ilə keçirilən səyyar qəbul-görüşü razılıqla qarşılayıblar. Görüş zamanı vətəndaşların müraciətləri dinlənilərək onları narahat edən məsələlər yerindəcə  araşdırılıb, ərazi vahidliyinin sosial-iqtisadi inkişafı və yerli əhəmiyyətli məsələlərlə bağlı səsləndirilmiş təkliflərə münasibət bildirilib.   Görüşdə çıxış edən vətəndaşlar son illərdə Lənkəran şəhərinin və rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən mühüm sosial əhəmiyyətli tədbirləri, genişmiqyaslı quruculuq-abadlıq işlərini yüksək qiymətləndirərək göstərilən davamlı diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə ediblər. Onlar qəsəbədə evlərin kütləvi şəkildə qazlaşdırılmasının, yüksək gərginlikli elektrik xətlərinin yenilənməsinin, gündəlik olaraq istifadə etdikləri magistral yolun yenidən asfaltlanmasının dövlətin qayğısı kimi onlara sevinc və rahatlıq gətirdiyini bildiriblər.   Görüşün sonunda İcra başçısı sakinlər tərəfindən qaldırılan məsələlərin həllindən ötrü imkanların araşdırılması və lazımi tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verib.

Keçidlər