Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Azərbaycan ədliyyəsinin 100 illiyi Lənkəranda qeyd olunub

22 noyabr 2018 | 16:00

 

Noyabrın 22-də Lənkəranda Azərbaycan ədliyyəsinin 100 illiyi və ədliyyə işçilərinin peşə bayramı qeyd olunub. Tədbirdə  ədliyyə və hüquq-mühafizə orqanlarının kollektivləri, şəhər icra hakimiyyətinin, ictimaiyyətin və KİV-nin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və ədliyyə orqanlarının əməkdaşları Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüblər.
Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyatının və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu ekspozisiyalarla tanış olublar. Daha sonra Mərkəzdə talassemiyalı xəstələr üçün ədliyyə orqanları əməkdaşlarının iştirakı ilə  qanvermə aksiyası keçirilib.

Keçidlər