Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Ölkəmizin doqquz şəhər və rayonunun məktəbliləri cənub bölgəsinə səfərə gəliblər

15 noyabr 2018 | 16:00

“Ölkəmizi tanıyaq” layihəsinin növbəti mərhələsi çərçivəsində təşkil edilmiş tur-aksiyanın Bakının Xətai və Səbail, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən, Şəmkir və Samux rayonlarının, Gəncə şəhərinin IX-XI sinif şagirdləri və onların müəllimləri noyabrın 14-də axşam saatlarında Lənkərana gəliblər.

Tur-aksiyanın iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri qarşılayıblar.

Lənkəran şəhərindəki Heydər Əliyev Parkında məktəblilər qarşısında çıxış edən şəhər icra hakimiyyəti başçısının müavini Rəsilə Əliyeva “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə səyahət edən məktəblilərə ən xoş arzularını çatdırıb.

Sonra humanitar aksiyanın iştirakçıları Lənkərandakı “Şah”, “Lux” hotellərində, “Palıdlı sahil” və “Palmalife” istirahət mərkəzlərində yerləşiblər.

Şam yeməyindən sonra məktəblilər müxtəlif əyləncəli proqramlarda iştirak ediblər.

Noyabrın 15-də tur-aksiyanın iştirakçıları Lənkəran, Masallı və Astara rayonlarına səyahət edəcəklər.

 

 

Keçidlər