Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda oftolmoloqların regional konfransı keçirilib

26 oktyabr 2018 | 16:00

Oktyabrın 26-da Lənkəran şəhərinin Heydər Əliyev Mərkəzində Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adna Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Milli Oftalmologiya Mərkəzinin Masallı filialının 10-cu ildönümünə həsr olunmuş “Azərbaycan Respublikasının regionlarında oftalmoloqların təcrübəsində innovasiya texnologiyaları” mövzusunda VI regional konfransı keçirilib.
     Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı və rəsmi qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
   Konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nəaliyyətləri araşdırmaq, təkliflər hazırlamaq, oftalmologiya sahəsində aparılan tədqiqat işlərində region həkimlərinin iştirakını təmin etmək və onlara bu işlərdə  dəstək olmaqdır.
     Konfransda “Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı filialının on ildə əhaliyə göstərilən oftalmoloji yardımının hesabatı, perspektivləri”, “Cənub regionunda şəkərli diabet xəstələrinə oftalmoloji xidmətin təşkili və nəticələri” və s. mövzularda məruzələr dinlənilib.

 

 

Keçidlər