Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Veteran təşkilatlarının nümayəndələri ilə görüş keçirildi

23 oktyabr 2018 | 16:00

23 oktyabr 2018-ci il tarixdə Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları respublika təşkilatının birgə təşəbbüsü ilə veteranlarla görüş keçirilib. Görüşdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri, general-polkovnik Tofiq Ağahüseynov, Şuranın sədr müavini polkovnik Cəlil Xəlilov, təşkilatın Lənkəran, Masallı, Cəlilabad, Astara və Lerik şöbələrinin sədrləri, rayonun Böyük Vətən Müharibəsi və arxa cəbhə, Əfqanıstan, Qarabağ müharibəsi və Silahlı Qüvvələri veteranları təşkilatlarının təmsilçiləri iştirak ediblər.             

Görüşü açan İcra başçısı T.Qaraşov veteranlarla bağlı dövlət səviyyəsində görülən işlərdən geniş danışaraq ölkə Prezidenti tərəfindən onların qalqırdıqları məsələlərin həllinə göstərilən davamlı diqqəti xüsusi vurğulayıb. Natiq Lənkəran rayonunda da veteranların maddi-məişət şəraitinin yaxşılaşdırılması, onların rayonun ictimai-siyasi həyatında yaxından iştirakına imkanların yaradılması ilə bağlı tədbirlərin görüldüyünü diqqətə çatdırıb. İcra başçısı gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində mühüm rolu olan veteran hərəkatının daha da güclənməsi üçün şəhər İcra hakimiyyətinin bundan sonra da səylərini əsirgəməyəcəyini vurğulayıb.   Respublika Veteranlar Şurasının sədri Tofiq Ağahüseynov və müavini Cəlil Xəlilov çıxış edib görüşün təşkilindən ötrü göstərilən dəstəyə görə İcra başçısına təşəkkürlərini çatdırıblar.          

Sonda bir qrup görüş iştirakçısına “Həzi Aslanov yubiley medalı” və Təşkilatın “30 illik yubiley medalı” təqdim olunub.

 

Keçidlər