Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İcra başçısının Şovu kəndində səyyar qəbul görüşü keçirilib

11 oktyabr 2018 | 16:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü 10 oktyabr 2018-ci il tarixdə rayonun Şovu kəndində keçirib.    

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilati məsələlər şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət  Abdullayevin, rayonun hüquq-mühafizə orqanlarının  və əlaqədar təşkilatların rəhbərlərinin, kütləvi informasiya vasitələri və kənd sakinlərinin iştirak etdiyi görüşdə vətəndaşların müraciətləri dinlənilərək qaldırdıqları məsələlər yerindəcə araşdırılıb. Səyyar qəbula görə təşəkkürlərini bildirən sakinlər onların narahatlığına səbəb olan problemlərin həllini, xüsusilə qəzalı vəziyyətə düşmüş Təngivan kənd məktəbi üçün modul tipli yeni binanın tikilib istifadəyə verilməsini, ərazidən keçən magistral avtomobil yolun başdanbaşa asfaltlanmasını, yolun üstündə lazımi yol hərəkəti nişanlarının qoyulmasını, nümayəndəliyin ərazisinə daxil olan kəndlərin kütləvi şəkildə qazlaşdırılmasını, elektrik təsərrüfatının və rabitə xətlərinin  yenilənməsini vətəndaşlara göstərilən  davamlı dövlət qayğısının parlaq nümunəsi kimi dəyərləndirərək ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.           

İcra başçısı görüşdə çıxış edib əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf kursunun cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməsi sayəsində sosial-iqtisadi inkişafın sürətləndiyini, mədəni -quruculuq tədbirlərinin və abadlaşdırma işlərinin gündən-günə genişləndiyini, vətəndaşların həyat şəraitinin durmadan yaxşılaşdığını bildirib. Natiq ölkə Prezidentinin müdrik düşüncəsi ilə həyata keçirilən islahatlar kursunun bütün sahələrdə dinamik  inkişafı təmin ediyini, hər yerdə genişmiqyaslı tikinti abadlıq, mədəni quruculuq işlərinin görüldüyünü və Nazirlər Kabinetinin cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bu barədə ətraflı məlumatın verildiyini diqqətə çatdırıb. Ölkə başçısının ardıcıl sərəncamları hesabına Lənkəran şəhərinin, bütövlükdə rayonun da sosial-iqtisadi inkişafının daha da sürətləndiyini və bu davamlı inkişafın Şovu kənd inzibati ərazisi dairəsinə daxil olan yaşayış məskənlərində də göz önündə olduğunu vurğulayan İcra başçısı sakinlərin bundan sonra da ictimai-siyasi həyatda fəal olacaqlarına, cənab Prezidentin bu misilsiz qayğısına əməli işləri ilə cavab verəcəklərinə,  Azərbaycanın tərəqqisi naminə səylə çalışacaqlarına əmin olduğunu vurğulayıb.     

Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilati məsələlər şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıxış edib səmimi görüşə və cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Lənkəran rayonunun və Şovu kənd inzibati ərazi dairəsinin sosial-iqtisadi inkişafı sahəsində görülən işlərə verdikləri yüksək qiymətə görə təşəkkürünü bildirib və onlara işlərində yeni-yeni uğurlar arzulayıb.            

Görüşü yekunlaşdıran İcra başçısı çıxışlarda qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlarını verib.

 

Keçidlər