Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Qardaşlaşmış Lənkəranla ABŞ-ın Monterey şəhəri arasında ələqələr genişlənir

08 oktyabr 2018 | 16:00

ABŞ-ın Kaliforniya ştatının Lənkəranla qardaşlaşmış Monterey şəhərində Monterey-Lənkəran Dostluq Assosiasiyasının icraçı direktoru Nensi Selfric oktyabrın 8-də Lənkərana səfərə gəlib. Hörmətli qonağı öncə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla görüşüb.
     Görüş zamanı İcra başçısı ABŞ-Azərbaycan əlaqələri çərçivəsində Monterey və Lənkəran şəhərlərinin dostluq münasibətlərinin inkişafından razızı qaldığını bildirərək son illər rayonun sosial-iqtisadi inkişaf, mədəni quruculuq və turizm sahələrində böyük uğurların qazanıldığını, kənd təsərrüfatında çayçılığın, sitrusçuluğun və çəltikşiliyin ildən-ilə inkişaf etdiyini, tikilən obyektlərin sayının getdikcə artdığını, yaxın vaxtlarda  xalça fabrikinin, Olimpiya-İdman Kompleksinin, İstisu İstirahət və Sağlamlıq Mərkəzinin və digər obyektlərin istifadəyə veriləcəyini diqqətə çatdırıb.
     Söhbət zamanı Kaliforniyalı qonaq Lənkərana növbəti səfərindən məmnun qaldığını, şəhərdə baş keyfiyyət dəyişikliklərinin, yeniliklərin onda xoş təəssürat oyatdığını bildirərək səmimi görüşə görə İcra başçısına təşəkkürünü çatdırıb.
     Sonra qonaq Lənkəran şəhəri ilə bir daha tanış olmuş,Heydər Əliyev Xatirə Parkına, Heydər Əliyev Muzeyinə, Dövlət Bayrağı Meydanına, Həzi Aslanov parkına, qəhrəmanın ev-müzeyinə, Azərbaycanlıların Soyqırımı abidə-kompleksinə baş çəkib, yeni istifadəyə verilmiş Xəzər-Palace turizm-istirahət mərkəzidə turistlər üçün yaradılmış şəraitlə tanış olub.
     Oktyabrın 9-da Montereyli qonaq  Lənkəran Dövlət Universitetində olub rektor Natiq İbrahimovla, sonra tərcümə fakültəsinin bir qrup tələbəsi ilə görüşüb söhbət edib. Bu görüşlər zamanı universitetlərarası müəllim-tələbə və təhsil təcrübəsi mübadiləsinin gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb, qarşılıqlı sual-cavab aparılıb. Sonra xarici qonaq dünya standartları səviyyəsində yenidən tikilmiş İstisu İstirahət və Sağlamlıq Mərkəzi və Gilan-Lənkəran konservi zavodunda emal prosesi ilə tanış olub, şəhər Mədəniyyət Mərkəzində elektron kitabxanaya baxıb, tamaşaçı zalında “Nənələr” folklor ansablının, “Çayçı qızlar” milli rəqs qrupunun, muğam üçlüyünün çıxışlarına tamaşa edib.
     Oktyabrın 10-da isə Montereyli qonaq “Yaşıl çay” fermer təsərrüfatının plantasiyalaqrında və “Gilan Orchards” MMC-nin sitrus bağlarında iş prosesi ilə və Hirkan Milli Parkında ətraf mühitlə tanış olub. Sonra o, yeni tikilmiş xalça fabrikində iş prosesinə və Olimpiya İdman Kompleksindəki idman qurğularına baxıb.

Keçidlər