Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

05 oktyabr 2018 | 16:00

Oktyabrın 5-də Lənkəranda Beynəlxalq Müəllimlər Günü münasibətilə bayram tədbiri keçirilib. Tədbir iştirakçıları öncə Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.   

Heydər Əliyev Mərkəzində Dövlət Himninin səsləndirilməsi ilə başlayan  tədbirdə Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov çıxış edərək son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə ölkənin bütün bölgələrində, o cümlədən rayonda təhsilin maddi-texniki bazasının gücləndirildiyini, təhsil müəssisələrində təlim-tərbiyə prosesinin keyfiyyətinin yaxşılaşdığını  bildirib. Natiq cari tədris ilində qəzalı vəziyyətdə olan Siyavar kəndində 96 şagird yerlik modul tipli yeni məktəbin tikilib istifadəyə verildiyini, hazırda rayonun Köhnəgəgir kənd ümumi orta məktəb üçün 40 yerlik, Jidi kənd ümumi orta məktəb üçün 96 yerlik, Türkəncil kənd ümumi orta məktəb üçün 80 yerlik modul tipli binaların tikintisinin davam etdiyini, yaxın vaxtlarda rayonun Gəgiran kənd tam orta məktəbi üçün 264 yerlik yeni binanın tikintisinə başlanılacağını diqqətə çatdırıb. 

Ötən illərlə müqayisədə bu il rayondan ali məktəblərə daxil olanların sayı artdığı, bir məzunun isə ən yüksək nəticə göstərərək qəbul imtahanlarından 700 ball topladığı qeyd olunub.   Çıxış edən digər natiqlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirərək bundan sonra da yüksək əzmkarlıqla işləyəklərinə və dövlətin təhsil sahəsindəki siyasətinin uğurla həyata keçirilməsində yaxından iştirak edəcəklərinə söz veriblər.   

Daha sonra Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva çıxış edərək təhsil işçilərini bayram münasibətilə təbrik edib, rayonun ictimai-siyasi həyatında müəllimlərin rolunu yüksək qiymətləndirməklə onlara işlərində yeni-yeni uğurlar arzulayıb.

Sonda rayonun ictimai-siyasi həyatında və gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup təhsil işçisinə Şəhər İcra Hakimiyyətinin və Şəhər Təhsil Şöbəsinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunub.

 

 

Keçidlər