Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ NÖVBƏTİ AÇIQ TARİX DƏRSİ KEÇİRİLDİ

21 noyabr 2012 | 16:00

20 noyabr 2012-ci il tarixdə Heydər Əliyev Mərkəzində Lənkəran şəhər 4 saylı tam orta məktəbinin bir qrup şagirdinin iştirakı ilə açıq tarix dərsi keçirildi. Dərsi giriş sözü ilə Mərkəzin direktoru Seyidzadə Şəfiyeva açaraq uşaqları 20 noyabr Ümumdünya uşaq hüquqları günü münasibəti ilə təbrik etmiş, onlara dərslərində uğurlar diləmişdir.
Mərkəzin elmi işçisi Qadir Kazımov məktəblilərə Heydər Əliyev irsi və milli inkişaf konsepsiyası ilə bağlı məlumatlar vermiş, onlara ” Uşaq hüquqları haqqında “ konvensiyanın tələblərini ətraflı izah etmişdir. Dərs interaktiv metodla aparılmış və uşaqları maraqlandıran suallar cavablandırılmışdır. Sonda məktəblilərə Mərkəzin fəaliyyəti barədə bilgilər çatdırılmışdır.
 

Keçidlər