Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

10-12 mart tarixində I Lənkəran kitab sərgisi keçirilib

13 mart 2023 | 09:58

    10-12 mart tarixləri arasında Lənkəran Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Nəşriyyatları Assosiasiyasının və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə I Lənkəran kitab sərgisi baş tutub. Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində keçirilən kitab sərgisi çərçivəsində tanınmış yazıçıların imza saatları, konsert proqramları, təqdimatlar, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klaslar təşkil olunub. Aparıcı nəşriyyatlarının iştirakı ilə baş tutan sərgidə kitablara 90 faizədək endirimlər tətbiq edilib. Sərgi lənkəranlı oxucular tərəfindən məmnuniyyətlə qarşılanıb və böyük marağa səbəb olub. Kitabsevərlər bu kimi tədbirlərin regionlarda keçirilməsinin oxucuların sayının artmasına və gənc nəslin daha da  sosiallaşmasına müsbət təsir göstərdiyini vurğulayıblar.

Keçidlər