Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Lənkəranın Sütəmurdov və Digah kəndləri ərazisində 2600 abonentin elektrik enerjisinin verilişində fasilələr yaranacaq

20 may 2026 | 09:20
 
  Mayın 20-də Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) Lənkəran Elektrik Şəbəkəsindən verilən məlumata görə, cari təmir işləri ilə bağlı "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq "3 saylı" hava xəttindən qidalanan Sütəmurdov kəndi ərazisində saat 10:00-dan 13:00-dək, "12 saylı" hava xəttindən qidalanan Digah və 43-cü məhəllədə saat 14:30 dan 16:00-dək ümumilikdə 2600 abonentin elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
  Sakinlərimizin nəzərə alması xahiş olunur.
Keçidlər