Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Lənkəranın bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

24 iyul 2025 | 17:34
    Əhalinin nəzərinə!
 
     Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) Lənkəran Elektrik Şəbəkəsindən verilən məlumata görə, təmir işləri ilə bağlı iyulun 25-də saat 10:00-dan 12:00-dək 35 kv-luq "Xanbulan" və "Hirkan" hava xətlərindən qidalanan Hirkan, Gərmətük və Aşağı Nüvədi qəsəbələrində, Vel, Siyavar, Mamusta, Dasdalıqjar, Xanbulan, Bürcəli, Daşdatuk, Şürük, Şıxakəran, Türkəkəran, Tütəpeştə, Xolmili, Seyidəkəran, Kənarmeşə, Viyən, Yuxarı Nüvədi, Səpnəkəran, Kosalar, Bala Şürük,  Rvo, Narbağı, Mollakənd, Siyablı, Şovu, Təngivan, Əşlə və Qurumba kəndlərində, "3 saylı" hava xəttindən qidalanan Velədi və Sütəmurdov kəndlərində, saat 14:00-dan 16:00-dək isə "5 saylı" hava xəttindən qidalanan Şiləvar kəndi, Füzuli, Dədə Qorqud, Mirsalayev küçələrində, Qalayçılar və Kürə ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.
     
      Sakinlərimizin nəzərə alması xahiş olunur.
Keçidlər