Lənkəranın 2 qəsəbəsində və 6 kəndində elektrik enerjisinin verilişində fasilələr yaranacaq
19 iyun 2026 | 09:35
İyunun 19-da Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) Lənkəran Elektrik Şəbəkəsindən verilən məlumata görə, 10 kv-luq Səpnəkəran 2 və 3 saylı hava xəttlərində təmir işləri ilə bağlı saat 10:00-dan 12:30-dək və 14:00-dan 16:30-dək Aşağı Nüvədi, Gərmətük qəsəbələrində, Kənarmeşə, Şıxakəran, Xolmili, Şürük, Türkəkəran və Viyən kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Sakinlərimizin nəzərə alması xahiş olunur.





