Lənkəranın 2 qəsəbə və 3 kəndində elektrik enerjisinin verilişində fasilələr yaranacaq
05 yanvar 2026 | 09:31
Əhalinin nəzərinə!
Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) Lənkəran Elektrik Şəbəkəsindən verilən məlumata görə, 35 kV-luq "Hirkan" hava xəttində təmir işləri ilə bağlı yanvarın 5-də saat 10:00-dan 12:00-dək Gərmətük və Hirkan qəsəbələri, Kosalar, Siyavar və Vel kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Sakinlərimizin nəzərə alması xahiş olunur.





