Lənkəranın 12 kəndində elektrik verilişində fasilələr yaranacaq
25 aprel 2025 | 12:43
Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) Lənkəran Elektrik Şəbəkəsindən verilən məlumata görə, aprelin 25-də saat 15:00-dan 35 kV-luq “Xanbulan” yarımstansiyasından qidalanan Kərgəlan, Şağlaküçə, Qurumba, Bəlləbur, Rvo, Mollakənd, Şovu, Təngivan, Siyobli, Daştatük, Xanbulan və Bürcəli kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq. Gün ərzində təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Sakinlərimizin nəzərə alması xahiş olunur.