Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Lənkəranda budama işləri ilə əlaqədar 6600 abonentin elektrik enerjisinin verilişində fasilələr yaranacaq

24 avqust 2026 | 09:08

Avqustun 24-də budama işlərilə əlaqədar Lənkəranda elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranacaq. Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Lənkəran Elektrik Şəbəkəsindən verilən məlumata görə, "Liman" yarımstansiyasından çıxan "7 saylı" hava xəttində saat 10:00-dan 13:00-dək, “Sinovli” yarımstansiyasından çıxan "Köhnə Separadi" hava xəttində saat 14:00-dan 16:30-dək, “Qurumba” hava xəttində saat 10:00-dan 13:00-dək budama işləri aparılacaq.
Aparılan işlərlə əlaqədar ümumilikdə 6600 abonentin elektrik enerjisinin verilişində fasilə və məhdudiyyət yaranacaq.
Sakinlərimizdən qeyd olunan saatlarda elektrik enerjisinin verilişində yaranacaq məhdudiyyətləri nəzərə almaları xahiş olunur.

Keçidlər