Lənkəranda 8000 abonentin elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Avqustun 21-də budama və texniki işlərlə əlaqədar Lənkəranda elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranacaq. Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Lənkəran Elektrik Şəbəkəsindən verilən məlumata görə, "Lənkəran-2" yarımstansiyasından çıxan "3 saylı" və "5 saylı" hava xətlərində saat 10:00-dan 12:00-dək, “Sinovli” yarımstansiyasından çıxan "Sinovli" hava xəttində saat 10:00-dan 13:00-dək, “Osakücə” hava xəttində saat 14:00-dan 16:00-dək budama və texniki işlər aparılacaq.
Aparılan işlərlə əlaqədar ümumilikdə 8000 abonentin elektrik enerjisinin verilişində fasilə və məhdudiyyət yaranacaq.
Sakinlərimizdən qeyd olunan saatlarda elektrik enerjisinin verilişində yaranacaq məhdudiyyətləri nəzərə almaları xahiş olunur.





