Lənkəranda 8 400 abonentin elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Avqustun 19-da təmir, budama və texniki yoxlama işləri ilə əlaqədar Lənkəranda elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranacaq. Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Lənkəran Elektrik Şəbəkəsindən verilən məlumata görə, "Lənkəran-2" yarımstansiyasından çıxan "9 saylı" hava xəttində saat 10:00-dan 14:00-dək, “Səpnəkəran” yarımstansiyasından çıxan "3 saylı" hava xəttində saat 10:00-dan 13:00-dək, “Mis” hava xəttində saat 14:00-dan 16:00-dək, “Liman” yarımstansiyasından çıxan “Tüklə-Liman” və “Lənkəran-Liman” hava xətlərində isə saat 11:00-dan 12:30-dək təmir və texniki işlər aparılacaq.
Aparılan işlərlə əlaqədar ümumilikdə 8 400 abonentin elektrik enerjisinin verilişində fasilə və məhdudiyyət yaranacaq.
Sakinlərimizdən qeyd olunan saatlarda elektrik enerjisinin verilişində yaranacaq məhdudiyyətləri nəzərə almaları xahiş olunur.





