Lənkəranda 1550 abonentin təbii qaz təchizatında fasilələr yaranacaq
17 oktyabr 2025 | 16:47
Əhalinin nəzərinə!
Lənkəran Regional Qaz İstismarı İdarəsinin Lənkəran xidmət sahəsindən verilən məlumata görə, 20 oktyabr 2025-ci il saat 10:00-dan təmir işləri ilə bağlı “Lənkəran” QPS-dən qidalanan Göyşaban və Ürgə kəndləri, Liman şəhərinin “Xutor” adlanan ərazisi daxil olmaqla, ümumilikdə 1550 abonentin təbii qaz təchizatında fasilələr yaranacaq, gün ərzində işlər yekunlaşan kimi qaz təchizatı bərpa olunacaqdır.
Sakinlərimizin nəzərə alması xahiş olunur.





