Lənkəranda 11 yaşayış məntəqəsi olmaqla 4100 abonentin təbii qaz təchizatında fasilələr yaranacaq
10 sentyabr 2025 | 18:12
Əhalinin nəzərinə!
Lənkəran Regional Qaz İstismarı İdarəsinin Lənkəran xidmət sahəsindən verilən məlumata görə, 11 sentyabr 2025-ci il saat 10:00-dan təmir işləri ilə bağlı “Rvo”-2 QPS-dən qidalanan Qurumba, Şağlakücə, Bəlləbur, Kərgəlan, Lüvəsər, Darquba, Səbir, Talışlı, Ləj, Haftoni və Xanlıqlı kəndləri daxil olmaqla, ümumilikdə 11 yaşayış məntəqəsində 4100 abonentin təbii qaz təchizatında fasilələr yaranacaq, gün ərzində işlər yekunlaşan kimi qaz təchizatı bərpa olunacaqdır.
Sakinlərimizin nəzərə alması xahiş olunur.





