Lənkəran şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq
16 fevral 2026 | 17:07
Əhalinin nəzərinə!
Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) Lənkəran Elektrik Şəbəkəsindən verilən məlumata görə, ağac budama işləri ilə bağlı fevralın 17-də 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq "6 saylı" şəhər xəttindən qidalanan Heydər Əliyev prospekti, Paşa Təhməzov, Anar Mahmudov, Balaməmməd, Məhəməd Əmin Rəsulzadə, Şirəli Axundov, Sahil küçələrində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Sakinlərimizin nəzərə alması xahiş olunur.





