Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Lənkəran şəhərinin 7 küçəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

12 sentyabr 2025 | 09:25

 Əhalinin nəzərinə!

 Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) Lənkəran Elektrik Şəbəkəsindən verilən məlumata görə, təmir işləri ilə bağlı sentyabrın 12-də 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq "4 saylı" şəhər xəttindən qidalanan 20 Yanvar, İsi Səmədzadə, Üzeyir Hacıbəyov, Şirəli Axundov, Kələntərlilər, Fikrət Məmmədov və Müzəffər Nəsirli küçələrində saat 09:30-dan 16:00-dək şəhər ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

 Sakinlərimizin nəzərə alması xahiş olunur.

Keçidlər