Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

Lənkəran şəhərinin 5 küçəsində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

26 noyabr 2025 | 10:14
Əhalinin nəzərinə!

Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) Lənkəran Elektrik Şəbəkəsindən verilən məlumata görə, təmir və ağac budama işləri ilə bağlı noyabrın 26-da 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq "4 saylı" şəhər xəttindən qidalanan Müzəffər Nəsirli, Vaqif, Hacılar, Hacı Zeynalabidin Tağıyev və Sabir küçələrində saat 10:30-dan 14:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Sakinlərimizin nəzərə alması xahiş olunur.

 

Keçidlər