Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran rayonunun bəzi yaşayış məntəqələrində qaz təchizatında fasilələr yaranacaq

15 dekabr 2023 | 10:24

Lənkəran Regional Qaz İstismarı İdarəsinin Lənkəran xidmət sahəsindən verilən məlumata görə, 15 dekabr 2023-cü il saat 10:00 da Lənkəran rayonunun Şilavar-Digah kəndləri ərazisində qaz sızmasının qarşısının alınmasından ötrü təmir işləri həyata keçiriləcəkdir. Təmir işləri aparılan müddətdə şəhərin mikrorayon ərazisində, Digah və Şiləvar kəndlərində qaz təchizatında  müvəqqəti fasilələr yaranacaq. Gün ərzində təmir işləri yekunlaşan kimi qaz təchizatı bərpa olunacaqdır.

 

Keçidlər