Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul üçün ümumi müsahibə elan edir
30 aprel 2024 | 15:33
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul üçün ümumi müsahibə elan edir.
Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək ümumi müsahibəyə Lənkəran Şəhər İcra Hakimiyyətindən aşağıda göstərilən 2 vakant vəzifə təqdim olunub.
- İcra nümayəndəlikləri, Hirkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini - İHB-nın nümayəndəsinin müavini (1 yer)
- İcra nümayəndəlikləri, Günəhir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi - İHB-nın nümayəndəsi (1 yer)
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 30 aprel 2024-cü il tarixindən 29 may 2024-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Elan üzrə sənəd qəbulu yalnız aşağıda qeyd olunmuş Mərkəzin internet portalı vasitəsilə elektron qaydada həyata keçirilir.
https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=541
https://exidmet.dim.gov.az/dqq/Report/MsbMshVakUzreHesabat?ElanID=541&DoKod=642