Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 258-00-19; "242"

13 yaşayış məntəqəsi olmaqla 5000 abonentin təbii qaz təchizatında fasilələr yaranacaq

25 avqust 2025 | 09:29

Əhalinin nəzərinə!

 

13 yaşayış məntəqəsi olmaqla 5000 abonentin təbii qaz təchizatında fasilələr yaranacaq

Lənkəran Regional Qaz İstismarı İdarəsinin Lənkəran xidmət sahəsindən verilən məlumata görə, 26 avqust 2025-ci il saat 10:00-dan təmir işləri ilə bağlı “Rvo” QPS-dən qidalanan Rvo, Narbağı, Qurumba, Şağlaküçə, Bəlləbur, Kərgəlan, Lüvəsər, Darquba, Səbir, Talışlı, Ləj, Haftoni və Xanlıqlı kəndləri daxil olmaqla, ümumilikdə 13 yaşayış məntəqəsində yaşayan 5000 abonentin təbii qaz təchizatında fasilələr yaranacaq, gün ərzində işlər yekunlaşan kimi qaz təchizatı bərpa olunacaqdır.

Sakinlərimizin nəzərə alması xahiş olunur.

Keçidlər