Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Qurban bayramı qeyd olunub

01 sentyabr 2017 | 16:00

İslam aləminin ən müqəddəs bayramlarından olan Qurban bayramı sentyabrın 1-də  Lənkəranda təntənə ilə qeyd olunub.
      Şəhərin Böyük Bazar, Kiçik Bazar, Qalayçılar və digər məscidlərində keçirilən bayram mərasimlərində xalqımızın xoş rifahı və ölkəmizin tərəqqisi naminə dualar edilib, İslam dininin, müqəddəs “Qurani-Kərim”in tövsiyə etdiyi mənəvi dəyərlərə riayət etməyin vacibliyi  xatırlanıb. Sonra bayram namazı qılınıb və qurbanlıq heyvanlar kəsilib.
      Kəsilən qurbanlıq heyvanlar Qarabağ və Əfqanıstan müharibəsi əlillərinə, şəhid ailələrinə və Çernobıl əlillərinə, o cümlədən kimsəsiz və imkansız şəxslərə paylanılıb.
      Qeyd edək ki, gün ərzində Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşəbbüsü ilə rayonda 205 baş xırda buynuzlu heyvan kəsilib və 1500-dən çox ailəyə qurban payı təqdim olunub.
      Bayram mərasimlərində Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov və icra aparatının məsul işçiləri də iştirak ediblər.

 

 

Keçidlər