Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın İcra başçısı növbəti onlayn müşavirə keçirib

21 iyul 2020 | 16:00

21 iyul 2020-ci il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyətində növbəti onlayn müşavirə keçirilib. Müşavirədə rayonun inzibati ərazi dairələrindəki nümayəndələr, bələdiyyə sədrləri və koronavirusa qarşı mübarizə ilə əlaqədar yaradılmış qərargah üzvləri iştirak ediblər. Müşavirəni açan İcra başçısı Taleh Qaraşov koronavirusla bağlı ümumilikdə ölkədə və Lənkəranda həyata keçirilən kompleks tədbirlərin müsbət nəticələri barədə geniş danışıb. Natiq karantin rejiminin təsirinə baxmayaraq rayonun sosial-iqtisadi və təsərrüfat həyatında işlərin normal şəkildə davam etdiyini, bir neçə yol layihəsinin icra olunduğunu, xüsisilə 35 minə yaxın əhalinin yaşadığı 16 yaşayış məntəqəsində ümumi üzunluğu 38,6 km olan yolların asfaltlanma işlərinə başlanıldığını, kənd təsərrüfatı sahəsində işlərin davan etdiyini söləyib. Natiq əldə olunmuş uğurları cənab Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkə vətəndaşlarının COVİD-19 pandemiyasının dəhşətli təsirindən qorumaq üçün göstərdikləri ciddi səylərin məntiqi nəticəsi olduğunu bildirib. İcra başçısı pandemiya dövründə rayonun bütün əlaqədar təşkilatlarının, xüsusilə İcra hakimiyyəti strukturlarının, hüquq mühafizə orqanlarının, tibb personalının, mobil qrupun üzvlərinin fədakar fəaliyyətini və ictimaiyyətin ümumi səyi ilə rayonda karantin qaydalarına ciddi şəkildə əməl olunmasını yüksək qiymətləndirməklə təhlükənin sovuşduğunu düşünərək arxayınlaşmağın və qaydalara riayət etməməyin yeni pandemiyalara səbəb ola biləcəyini, artıq bəzi ölkələrdə belə acı nəticələrə səbəb olmuş təcrübəyə rast gəlindiyini xüsusi vurğulayıb. Natiq qeyd olunanları ümumiləşdirərək koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin, bununla bağlı yerlərdə izahat-təbliğat işlərinin bundan sonra da davam etdirilməsinin zəruriliyini qeyd edib. İcra başçısı aidiyyəti məsul şəxslərə qarşıdan gələn Qurban bayramının da qaydalara uyğun şəkildə keçirilməsini, kəsimlərin xüsusi olaraq ayrılmış yerlərdə aparılmasını və payların verilməsi zamanı sosial təmas məsafəsinin ciddi şəkildə gözlənilməsini təmin etməyi xüsusi olaraq tapşırıb.

Keçidlər