Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

“01 Mart-Ümumdünya Mülki Müdafiə Günü”

27 fevral 2020 | 16:00

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 27 fevral 2020-ci il tarixdə “01 Mart-Ümumdünya Mülki Müdafiə Günü” münasibəti ilə ali və orta ümumtəhsil müəssisələrində təhsil alan tələbələrin Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsinə ekskursiyası təşkil olunmuşdur.Tədbirdə  Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin kollektivi, hərbi hissənin əsgər-zabit heyəti, eləcə də gənclər iştirak etmişlər. Hərbi hissənin meydançasında gəncləri qarşılayan hərbi hissənin komandiri polkovnik-leytenant Azər Əliyev tədbir iştirakçılarını salamlamış, daha sonra hərbi hissənin təyinatı,orada görülən işlər haqqında geniş məlumat vermişdir. Daha sonra çıxış edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi  Mikayıl Cəfərzadə ekskursiyanın “01 Mart-Ümumdünya Mülki Müdafiə Günü” münasibəti ilə keçirildiyini bildirməklə tədbirin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onların ilkin hərbi biliklərlə yiyələnməsi, eləcə də gənclərlə əsgərlər arasında fikir mübadiləsinin aparılması məqsədi ilə keçirildiyini qeyd etmişdir.Daha sonra Hərbi Hisənin komandiri Polkovnik-leytenant Azər Əliyev və digər əməkdaşlar gənclərə hərbi hissənin kazarması, silahlandırma otağı,pirotexniki sinif otağı,kimyatəyinatlı sinif otağı, eləcə də ərazinin minalanması və minalanmış ərazinin zərərsizləşdirilməsi haqqında məlumat vermiş,həmçinin fövqəladə hallarda zəruri olan davranış qaydaları praktiki olaraq nümayiş olunmuşdur.

Keçidlər