Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun 110 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

24 yanvar 2020 | 16:00

Yanvarın  24-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera  Mərkəzinin Lənkəran nümyəndəliyinin  birgə təşkilatçılığı ilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun 110 illik yubileyinə  həsr olunmuş  “Qəhrəmanlıqla dolu həyat yolu” adlı tədbir keçirildi.
İlk öncə tədbir iştirakçıları qəhrəmanın ev muzeyində yerləşən görkəmli sərkərdənin abidəsi önünə gül dəstələri qoymuş, xatirəsini hörmət və ehtiramla yad etmişlər.
Heydər Əliyev Mərkəzinin akt zalında davam edən tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Reyhanə Sadıxova qəhrəmanın şərəfli və mənalı həyat yolundan, döyüş zamanı göstərdiyi şücaətindən, mərdliyindən ətraflı söz açmışdır. O, bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyev Həzi Aslanovun hərb tariximizdə müstəsna rol oynadığını dəfələrlə qeyd edib və qəhrəmanın adının əbədiləşdirilməsi üçün bir çox sərəncamlar imzalayıb. Bu gün bu diqqət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həzi Aslanovun həyatı hər bir Azərbaycan gənci, əsgəri üçün örnək olmalıdır.
Daha sonra çıxış edənlər Lənkəran şəhər 3 saylı tam orta məktəbin direktoru Aqil Sadiyev və Həzi Aslanov ev muzeyinin baş mühafizi Həcər Nəsirova öz çıxışlarında belə tədbirlərin gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini vurğuladılar.
Tədbirin sonunda qəhrəmanın şərəfli həyat yolundan bəhs edən film nümayiş edildi.

Keçidlər