Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın İcra başçısı Göyşaban kəndində səyyar qəbul keçirib

05 dekabr 2019 | 16:00

 5 dekabr 2019-cu il tarixdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Göyşaban kənd sakinləri ilə keçirib. İcra aparatının rəsmi şəxslərinin, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət təşkilatlarının rəhbər işçilərinin iştirak etdiyi qəbul-görüşdə sakinlərin müraciətləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər aidiyyəti idarələrin rəhbər şəxslərinin iştirakı ilə yerindəcə araşdırılıb. Müraciətlərdəki məsələlər əsasən yerindəcə həllini tapıb, vaxt tələb edən bəzi məsələlər isə nəzarətə götürülərək həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi qərarə alınıb. Sakinlər vətəndaş müraciətlərinə baxılmasına diqqətin artırılmasından razılıqlarını bildirməklə  onları narahat edən problemlərin həllinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar. Çıxış edən sakinlər ölkə prezidentinin həyata keçirdiyi islahatlar kursunu ürəkdən bəyəndiklərini və  sosial-iqtisadi inkişaf sahəsində əldə olunan nailiyyətlərin onları hədsiz sevindirdiyini diqqətə çatdırıblar. Çıxışlarda bütün ölkə ərazisində olduğu kimi Lənkəran rayonunda da sosial-iqtisadi inkişafın getdikcə sürtətlənməsindən, yeni yol layihələrinin icrasından, genişmiqyaslı tikinti-abadlıq və mədəni quruculuq işlərindən, sakinlərin qaz və elektrik enerjisi ilə fasiləsiz təchizatından məmnunluq ifadə olunub. Qeyd olunub ki, rayonda sahibkarlığın inkişafına verilən dəstək və biznes mühitinin yaxşılaşmasına yaradılan şərait hesabına Göyşaban kəndinin də sosial-iqtisadi inkişafına müsbət təsirini göstərib. Kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dövlət qayğısı hesabına təsərrüfatların gəlirləri artıb. Cari ildə kənddə  238 hektarda çəltik, 21 hektarda taxıl, 25 hektarda kartof, 170 hektarda tərəvəz bitkiləri əkildiyi, 375 kq baramanın istehsal olunduğu qeyd olunub. Bildirilib ki, kənddə əhali tərəfindən 1497 baş iribuynuzlu, 636 xırdabuynuzlu ev heyvanları, 12800 ev quşu və 130 arı ailəsi bəslənir. Şəxsi təsərrüfatlarda yetişdirilən məhsulların realizasiyası ailələrin maddi-məişət şəraitinin daha da yaxşılaşmasına yeni imkanlar yaradıb.Səyyar qəbulu yekunlaşdıran İcra başçısı irəli sürülən təkliflərlə əlaqədar lazımi  tədbirlərin görülməsi ilə bağlı aidiyyəti idarələrin rəhbərlərinə müvafiq tövsiyyə və tapşırıqlarını verib.

Keçidlər