Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA “BİZ DÜNYANI TƏMİZLƏYƏK!” DEVİZİ ALTINDA TƏMİZLİK AKSİYASI KEÇİRİLİB

21 sentyabr 2019 | 16:00

Sentyabrın 21-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 1 saylı Ekologiya İdarəsi, Lənkəran şəhər Yaşıllaşdırma İdarəsi və ETSN-nin digər yerli qurumları əməkdaşlarının iştirakı ilə Lənkəran şəhərinin Heydər Əliyev prospektində “Biz dünyanı təmizləyək!” devizi altında təmizlik aksiyası keçirilib. ETSN ilə Lənkəran Şəhər İcra Hakimyyətinin birgə təşəbbüsü ilə baş tutan aksiya zamanı prospekt boyunca salınmış yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ərazi müxtəlif məişət tullantılarınından təmizlənib.
Aksiya iştirakçıları daha sonra Heydər Əliyev prospektindən Xəzər dənizinin sahilindəki çimərlik zonasına çıxaraq ərazini plastik və məişət tullantılarından təmizləyiblər.
Təmizlik aksiyasında ümumilikdə 100-ə yaxın könüllü iştirak edib.

Keçidlər