Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirildi

07 may 2019 | 16:00

  07 may 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyası Lənkəran Şəhər Təşkilatı Gənclər Birliyinin və Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 10 May Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Xalqa bəxş olunan ömür” adlı tədbir keçirilmişdir.Məktəbli gənclərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Reyhanə Sadıxova dahi şəxsiyyətin xalqı qarşısında müstəsna xidmətləri barədə iştirakçılara ətraflı məlumat vermişdir. Eləcə də o, öz nitqində qeyd etmişdir ki, Müstəqil Azərbaycanın keçdiyi çətin sınaqlarda Heydər Əliyev qətiyyəti və müdrikliyi daima ölkəmizi xilas etmişdir. R.Sadıxova bildirmişdir ki, Heydər Əliyev kursunun layiqli davamçısı cənab prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkə iqtisadiyyatı sürətli və dinamik inkişafına dövrünə qədəm qoymuş, Müstəqil Azərbaycan Respublikası dünyada nüfuz və söz sahibinə çevrilmişdir. Daha sonra Yeni Azərbaycan Partiyası Lənkəran Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Teymur Babazadə öz çıxışında Ümummilli Lider Heydər Əliyevin xalqa həsr etdiyi şərəfli və zəngin ömür yolundan bir daha iştirakçılara dolğun məlumat vermişdir. Tədbirin sonunda Mərkəzdə fəaliyyət göstərən rəsm studiyasının uşaqlarının Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr etdikləri əl işlərindən ibarət sərgi nümayiş olunmuşdur.

Keçidlər