Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANIN KOSALAR KƏNDİNDƏ SƏYYAR QƏBUL KEÇİRİLDİ

03 aprel 2019 | 16:00

Aprelin 3-də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət şöbələrinin və xidmət idarələrinin rəhbərlərinin iştirakı ilə rayonun Kosalar kəndində sakinlərlə səyyar qəbul keçirib. Qəbul zamanı İcra başçısı rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində ölkə prezidentinin davamlı diqqəti ilə həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq, yenidənqurma və quruculuq işlərindən danışıb. Natiq yerlərdə keçirilən səyyar qəbul-görüşlərin əhalini narahat edən problemlərin operativ şəkildə müəyyən edilməsi və vaxtında həllinə imkanlar yaratdığını diqqətə çatdırıb.
  Sakinlər tərəfindən razılıqla qarşılanan səyyar qəbulda fərdi müraciətlər dinlənilib, qaldırılan məsələlərə aydınlıq gətirilərək onların həllindən ötrü tədbirlər müəyyən edilib. Eyni zamanda rayonun imkanları daxilində olmayan təkliflərlə bağlı vətəndaşlarla izahat işi aparılaraq irəli sürülən təkliflərin nəzarətdə saxlanılması və onların həllindən ötrü aidiyyatı üzrə yuxarı təşkilatlarla birgə işin qurulması barədə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.

Keçidlər