Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran ŞİH başçısı yanında növbəti Şura yığıncağı

19 fevral 2019 | 16:00

19 fevral 2019-cu il tarixdə Lənkəran ŞİH başçısı yanında Şuranın növbəti yığıncağı keçirilib.
Şura yığıncağında “2018-ci ildə Lənkəran Şəhər İcra Hakimiyyətində vətəndaşların müraciətlərinə baxılmasının vəziyyəti haqqında” məsələ müzakirə olunub. Yığıncağı giriş sözü ilə açan İcra başçısı Taleh Qaraşov qeyd edib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi islahatların, qəbul olunan normativ hüquqi aktların əsasında  ölkə vətəndaşlarının rifah-halının yaxşılaşdırılması, onlara göstərilən davamlı diqqət və qayğı durur. Bu baxımdan cənab Prezident İlham Əliyevin tapşırığı ilə dövlət idarələrində vətəndaşların qəbulunun, müraciətlərinə həssaslıqla baxılmasının, qaldırılan problemlərin vaxtında həllinin təmin olunmasının  ən vacib  məsələlər kimi gündəmdə olduğunu diqqətə çatdıran natiq şəhər İcra hakimiyyətinin fəaliyyətində “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə istinadən  vətəndaşların hüquq və mənafelərinin müdafiəsi, sosial-iqtisadi inkişaf, mədəni quruculuq və digər məsələlərlə bağlı təkliflərinin icrasının mühüm yer tutduğunu xüsusi vurğulayaraq bütün idarə, müəssisə və təşkilat rəhbərlərindən, İcra nümayəndələri və bələdiyyə sədrlərindən bir vəzifə olaraq bu məsələlərin daim diqqət mərkəzində saxlanılmasını tövsiyyə edib.           

 Sonra “2018-ci ildə Lənkəran Şəhər İcra Hakimiyyətində vətəndaşların müraciətlərinə baxılmasının vəziyyəti haqqında”  Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri S.Şəfiyevanın məruzəsi dinlənilib və məruzə ətrafında çıxışlar olub.

Keçidlər