Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Demoqrafik vəziyyət

İlkin hesablamalara görə 2018-ci ilin oktyabr ayının 1-i vəziyyətinə rayon əhalisinin sayı 228055 nəfər olmuş və cari ilin doqquz ayı ərzində 1187 nəfər və   yaxud 0,5 faiz artmışdır. Əhalinin ümumi sayından 38,9 faizi şəhər, 61,1 faizi isə kənd sakinləridir. Dördüncü rübün əvvəlinə əhalinin 114,5 min nəfəri ( 50,2 faizi ) kişi və 113,6 min nəfəri ( 49,8 faizi ) qadındır.

 

Yanvar-iyun

        nəfərlə                        əhalinin hər 1000 nəfərinə

 

   2017               2018                2017                2018

 

Ümumi artım

1121

1187

6,6

6,9

Təbii artım

1100

1165

6,5

6,8

Doğulanlar

2153

2163

12,7

12,7

Ölənlər

1053

998

6,2

5,9

Miqrasiya saldosu

+ 21

+ 22

+ 0,1

+ 0,1

Nikahlar

801

857

4,7

5,0

Boşanmalar

150

206

0,9

1,2

 

2018-ci ilin yanvar-sentyabr ayları ərzində rayonda 2163 diri doğum və 998 ölüm halları qeydə alınmışdır.
       Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 12,7 olaraq dəyişməmiş, ölənlərin sayı isə 6,2-dən 5,9-a qədər azalmışdır.
       Cari ilin doqquz ayı ərzində rayonda 857 nikah və 206 boşanma qeydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 4,7-dən 5,0-a, boşananların sayı isə 0,9-dan 1,2-ə qədər artmışdır.
       2018-ci ilin doqquz ayında rayonda pasport bölməsi tərəfindən 143 nəfər gələn və 121 nəfər gedən qeydə alınmışdır. Miqrasiya saldosu müsbət 22 nəfər olmuşdur.

Keçidlər