Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İqtisadiyyat Nazirliyinin Lənkəran Regional Bölməsi

İqtisadiyyat Nazirliyinin Lənkəran Regional Bölməsi

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan Regional bölmə fəaliyyət göstərdiyi region üzrə iqtisadiyyatın ayrı-ayrı sahələrinin, o cümlədən sənayenin inkişafı, investisiya qoyuluşu, sahibkarlığın dəstəklənməsi, ticarət fəaliyyəti, sosial-iqtisadi inkişaf və mənzil-kommunal təsərrüfatı sahələrində tədbirləri həyata keçirir.

Regional bölmə aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

  • Sosial-iqtisadi inkişaf strategiyası və istiqamətləri, iqtisadiyyatın dövlət tənzimlənməsi, regionların sosial-iqtisadi inkişafı və digər dövlət proqramlarının layihələrinə dair region üzrə təkliflər hazırlayır və Nazirliyin Regionların inkişafı və dövlət proqramları şöbəsinə təqdim edir;
  • Regionların sosial-iqtisadi inkişafı, habelə Nazirliyin əlaqələndiricisi olduğu digər dövlət proqramlarının, tədbirlər planlarının region üzrə icra vəziyyəti barədə mütəmadi olaraq məlumatlar toplayır, onların icrasını yerli icra hakimiyyəti orqanları ilə əlaqələndirir, icrasına nəzarəti (monitorinqi) həyata keçirir,  bununla bağlı hesabatlar hazırlayaraq Nazirliyin Regionların inkişafı və dövlət proqramları şöbəsinə təqdim edir;
  • Regionda sahibkarlığın və sənayenin inkişafına kömək göstərilməsi, investisiya qoyuluşu, ticarət fəaliyyəti və mənzil-kommunal təsərrüfatı sahələrində tədbirlərin həyata keçirilməsində iştirak edir və bununla bağlı təkliflər verir.

 

Ünvan: Lənkəran Şəhəri, H.Əliyev pr. 3

Tel: (025) 255 10 71

Fax: (025) 255 10 71

 

Keçidlər