Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran rayonunda çağırışçıların təntənəli yolasalma mərasimi keçirildi

03 oktyabr 2018 | 16:00

Lənkəran rayonunda çağırışçıların ordu sıralarına yolasalma mərasimlərinin təntənəli şəkildə keçirilməsi ənənə şəklini alıb.  

Növbəti yolasalma mərasimi 3 oktyabr 2018-ci il tarixdə Heydər Əliyev xatirə parkında keçirilib. Lənkəran ŞİH başçısının birinci müavini Möhübbət Babayevin, İcra aparatının məsul işçilərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Lənkəran şöbəsinin, digər hüquq-mühafizə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirak etdiyi mərasimdə çağırışçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə tər çiçəklər qoyaraq dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Sonra mərasimlə bağlı keçirilən toplantıda Lənkəran ŞİH başçısının birinci müavini Möhübbət Babayev, SHXÇDX-nin Lənkəran rayon söbəsinin rəisi, polkovnik-leytenant Tural Məmmədov, Milli Qəhrəman atası Hacı Ələkbər Əliyev, valideyn Xəyal İbadzadə çıxış edib çağırışçıları Vətənə sədaqətlə xidmət etməyə səsləyiblər. Əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş ordu quruculuğu proseslərinin Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyi vurğulayan çıxışçılar  Milli Ordumuzun işğal olunmuş torpaqları hər an azad edə biləcəyini, bunun üçün ən müasir silahlara malik olduğunu bildirərək çağırışçılara bu silahlardan bacarıqla istifadə etmək üçün verilən təlimatları diqqətlə öyrənməyi və zabitlərin tapşırıqlarını vaxtında icra etməyi tövsiyyə ediblər. Çağırışçı Mirsalam Aslanzadə çıxış edib Vətənə, dövlətə sədaqətlə xidmət edəcəklərinə söz verib.       

Yolasalma mərasimi vətənpərvərlik mahnılarının səsləndirilməsi ilə başa çatıb.

 

 

Keçidlər