Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İcra başçısının Rvo kəndində səyyar qəbul görüşü keçirilib

01 oktyabr 2018 | 16:00

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü sentyabrın 30-da rayonun Rvo kəndində keçirib. İcra strukturları, hüquq-mühafizə orqanları, idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirak etdikləri görüşdə İcra başçısı sakinləri dinləyərək onların problemləri ilə maraqlanıb.
   Qəbul zamanı sakinlər son illərdə rayonda və ümumən Rvo inzibati ərazi dairəsində sosial-iqtisadi inkişafla bağlı həyata keçirilən işlərdən ürək xoşluğu ilə söz açaraq, sel suları nəticəsində dağılmış Əşlə kəndi ilə Mollakəndi birləşdirən körpünün tikilərək istismara buraxılmasına, Rvo, Mollakənd və Əşlə kəndlərindən keçən Lənkəran-Lerik avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasına, adları sadalanan kəndlərin qazlaşdırılmasına, elektrik təchizatının modernləşdirilməsinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə sonsuz minnətdarlıqlarını çatdırıblar. Çıxışlarda qeyd edilib ki, ölkə başçısının kənd əməkçilərinə göstərdiyi davamlı qayğı sayəsində rayonun digər kəndlərində olduğu kimi Rvo kənd inzibati ərazisinə daxil olan kəndlərdə də aqrar sahədə işlər daha da sürətlənib. Rvo, Mollakənd və Əşlə kəndlərində 4,5 ha sahədə yenidən bərpa olunmuş sitrus bağlarına aqrotexniki qulluq göstərilir. Fərdi təsərrüfatlarda 974 baş iribuynuzlu, 385 baş xırdabuynuzlu mal-qara, 10300 başdan çox ev quşu və 140 arı ailəsi bəslənilir. Cari ildə ilk dəfə olaraq Rvo kənd sakini tərəfindən 50 kq barama tədarük edilib.
   Görüşün sonunda İcra başçısı vətəndaşlar tərəfindən irəli sürülən bəzi təkliflərlə əlaqədar  aidiyyəti qurumların rəhbərlərinə müvafiq tövsiyə və tapşırıqlarını verib.

 

 

Keçidlər