Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda qanvermə aksiyası keçirilir

19 sentyabr 2018 | 16:00

Aşura günü ilə bağlı bu gün Lənkəranda könüllü qanvermə aksiyasına start verilib. Aksiya Qafqaz Müsəlmanları İdarəsinin və Mərkəzi Qan Bankının Lənkəran bölməsinin dəstəyi, Lənkəran Şəhər İcra Hakimiyyətinin və Lənkəran Mərkəzi Rayon Xəstəxanasının birgə təşkilatçılığı ilə şəhərin Böyük bazar məscidində keçirilir.

Səhər saatlarından başlayan  aksiyada məqsəd hemofiliyalı və talassemiyalı xəstələrə, eləcə də qana ehtiyacı olanlara kömək etməkdir.
   Yerli tibb işçiləri tərəfindən həyata keçirilən aksiya zamanı  götürülən qanlar standartlara uyğun yoxlanıldıqdan sonra ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.
     Qanvermə aksiyası sabah da davam edəcək.

 

 

Keçidlər