Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda 9 may-Qələbə günü təntənə ilə qeyd edildi

09 may 2018 | 16:00

Mayın 9-da Lənkəran şəhərində alman faşizmi üzərində qələbənin 73-cü ildönümü təntənə ilə qeyd olunub. Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, müharibə veteranları, arxa cəbhə iştirakçıları, hüquq-mühafizə orqanlarının rəhbərləri əvvəlcə Naməlum Əsgərin abidəsi önünə gül dəstələri qoyublar.
   Sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun adını daşıyan Xatirə Parkında ümumrayon tədbiri keçirilib. İcra başçısı T.Qaraşov və tədbir iştirakçıları cəsur həmyerlimizin əzəmətli abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, respublikanın Xalq artisti Qabil Quliyevin aparıcılığı ilə nümayiş etdirilən ədəbi-bədii kompozisiya, məktəblilərin qəhrəmanlıq, ana, vətən mövzusunda söylədikləri şeirlər iştirakçılarda xoş təəssürat yaradıb.
   Daha sonra Həzi Aslanovun şəhərin mərkəzindəki ev-muzeyinə baş çəkən rayon rəsmiləri qəhrəmanın həyat və döyüş yolunu əks etdirən ekspozisiyalarla tanış olublar.
   Bayram şənliyi şəhərin mərkəzində yerləşən “Boranı” restoranında ziyafət stolu arxasında davam etdirilib. Bayram sevincini veteranlarla bölüşən icra başçısı Taleh Qaraşov onlara göstərilən yüksək dövlət qayğısından söz açıb, bütün lənkəranlı müharibə veteranlarına və arxa cəbhənin iştirakçılarına ən xoş və səmimi arzularını çatdırıb.
   Rayonun müharibə  veteranları və arxa cəbhə iştirakçıları  onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

 

Keçidlər