Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda istedadlı və yaradıcı gənclərin iştirakı ilə rəsm sərgisi keçirildi

04 may 2018 | 16:00

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 03 may 2018- ci il tarixdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əsgər Əliyevin adına xatirə parkında istedadlı və yaradıcı gənclər üçün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş rəsm sərgisi keçirilmişdir. Sərgiyə şəhər və kənd məktəblərindən , eləcə də ali və orta ixtisas təhsil müəssisələrindən 45 gənc 58 əl işi ilə qatılmışdır. Sərgi rəsm müəlliflərinin diplomlarla təltif olunması və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşmışdır.

Keçidlər