Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranlılar qələbə sevincini bayram edirlər

12 aprel 2018 | 16:00

Aprelin 11-də müvəffəqiyyətlə baş tutan prezident seçkiləri Azərbaycanın hər yerində olduğu kimi Lənkəranda da seçicilərin yüksək əhval-ruhiyyəsi və mütəşəkkilliyi ilə keçib. Rayonda fəaliyyət göstərən 4 seçki dairəsinin 116 seçki məntəqəsində seçicilərin tam mütləq əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verərərək ölkədə Heydər Əliyev siyasi kursunun davam etməsi arzusunda olduqlarını bir daha ifadə ediblər. Bu parlaq qələbə münasibətilə Yeni Azərbaycan Partiyası Lənkəran Şəhər Təşkilatının təşəbbüsü ilə Lənkəran şəhərinin Heydər Əliyev xatirə parkında minlərlə lənkəranlının iştirakı ilə möhtəşəm konsert olmuşdur. Bədii özfəaliyyət kollektivlərinin ifasında səslənən mahnılar bayram iştirakçıları tərəfindən sürəkli alqışlarla qarşılanmışdır. Konsert bayram atəşfəşanlığı ilə başa çatmışdır.

Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, rayon ictimaiyyəti, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər işçiləri konsertdə iştirak ediblər.

 

 

 

 

 

Keçidlər