Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

UŞAQ MUSİQİ MƏKTƏBİNDƏ NOVRUZ ŞƏNLİYİ KEÇİRİLİB

18 mart 2018 | 16:00

Martın 18-də Lənkəran şəhər 1 saylı uşaq musiqi məktəbinin qarşısındakı meydançada Novruz bayramı münasibətilə möhtəşəm tədbir keçirilib. Tədbirdə məktəbin şagird və müəllimləri, valideynlər, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının məsul işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. İcra başçısı T.Qaraşov çıxış edərək məktəbin kollektivini, bütün lənkəranlıları Novruz bayramı münasibətilə təbrik edərək, onlara xoş və səmimi arzularını çatdırıb. Azərbaycanın qarşısında yeni çağırışların, yeni hədəflərin dayandığını qeyd edən natiq məktəbin şagirdlərinə müraciət edərək bu çağırış və hədəflərə cavab vermək üçün yaxşı oxumağı, Vətənimiz, xalqımız, millətimiz, dövlətimiz üçün layiqli vətəndaş, yüksək səviyyəli sənətçi kimi yetişməyi tövsiyə edib.
   Daha sonra milli paltarlarla bəzənmiş məktəbin şagirdlərinin hazırladığı musiqili proqramın təqdimatı keçirilib.  İfa olunan şən və oynaq mahnılar, rəqslər, Novruzun atributları olan Kosa, Keçəl və Bahar qızın söylədiyi təbriklər, şeirlər, eləcə də, dəsmalatdı, yumurta döyüşü kimi xalq oyunları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
   Bayram şənliyində həmçinin milli mətbəximizin ləziz yeməklərinə, o cümlədən şəkərbura, paxlava və s. şirniyyatlarla bəzədilmiş Novruz xonçalarına baxış keçirilib.
   Tədbirdə İcra başçısı T.Qaraşov məktəbin direktoru Camal Həsənovu təhsil sahəsində əldə olunan nailiyyətlərə görə ŞİH-nin Fəxri Fərmanı ilə təltif edib.

 

Keçidlər