Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İcra başçısı Liman şəhərində əhali ilə səyyar qəbul-görüş keçirib

16 mart 2018 | 16:00

Martın 15-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Liman şəhərində keçirib. Tədbirdə ŞİH aparatının məsul işçiləri,  rayonun hüquq mühafizə orqanlarının və aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
   Görüşdə  çıxış edən İcra başçısı Taleh Qaraşov Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızın sosial-iqtisadi inkişafı sahəsində irimiqyaslı layihələrin icra olunduğunu, bu gün Azərbaycanın dünyanın öncül dövlətlərindən birinə çevrildiyini bildirib.  Natiq cənab Prezidentin Dahi Öndərin siyasi ideyasına sədaqəti, həyata keçirdiyi uzaqgörən, uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyin möhkəmlənəndiyini, vətəndaşların rifah halının durmadan  yaxşılaşdığını qeyd edərək, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində Lənkəranın da  sürətlə inkişaf edərək, respublikamızın ən yaraşıqlı şəhərlərindən birinə çevrildiyini, Liman şəhərinin də bu qayğıdan bəhrələnərək daha da abadlaşdığını, burada mərkəzi küçələrin asfaltlandığını, səkilərin bərpa olunduğunu, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təchizatının tam təmin edildiyini, çoxmərtəbəli binaların dam örtüklərinin dəyişdirildiyini diqqətə çatdırıb. T.Qaraşov çıxışı zamanı yaxın vaxtlarda Liman şəhəri ərazisində Sənaye Məhəlləsinin tikilərək istifadəyə veriləcəyini, bununla yerli əhalinin məşğulluğu üçün yeni imkanların yaranacağını bildirib.
   Tədbirdə çıxış edən sakinlər Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti müdafiə etdiklərini vurğulayaraq, dövlətimizin başçısının ardıcıl səyləri ilə möhkəmlənmiş siyasi sabitliyi, əmin-amanlığı hər hansı qüvvənin poza bilməyəcəyini, Azərbaycan xalqının heç vaxt buna imkan verməyəcəyini dönə-dönə qeyd ediblər.
   Görüşü yekunlaşdıran İcra başçısı bu gün əldə olunan uğurların qorunması üçün bütün limanlıları cənab Prezidentin ətrafında sıx birləşməyə və Azərbaycanımızı fədakarcasına müdafiə etməyə çağırmaqla bərabər, sakinlər tərəfindən səslənən təklif və mülahizələrlə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlarını verib.

 

Keçidlər