Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Lənkəran rayonunundan 40 məktəbli Quba şəhərinə yola düşüb

15 mart 2018 | 16:00

Martın 15-də Lənkəran rayonunu təmsil edən IX, X və XI siniflərdə təhsil alan 40 nəfər şagird “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Quba şəhərinə səfərə gediblər. Yolasalma mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) məsul işçiləri, müəllimlər və valideynlər iştirak ediblər. 3 müəllimin, 1 həkimin və ŞİH aparatından 1 məsul işçinin müşaiyəti ilə tur iştirakçıları 3 gün müddətində Quba, Qusar, Xaçmaz rayonlarının tarixi, mədəniyyəti, təsərrüfat həyatı və təbii-coğrafi mövqeyi ilə tanış olacaq, tarixi yerlərə, abidələrə baxış keçirəcək, həmyaşıdları ilə görüşəcəklər.
   Səfər zamanı məktəblilərimiz həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Regionların sosial-iqtisadi inkişafı sahəsində Quba rayonunda görülmüş işlər və qazanılmış nailiyyətlər barədə də məlumatlar əldə edəcəklər.

 

Keçidlər